Su məhsulları ixracında artım

2020-ci ildə Türkiyədən 1 milyard dollarlıq su məhsulları ixrac edilib.

1629189
Su məhsulları ixracında artım

Türkiyə Dövlət Statistika Komitəsinin hesabatına görə balıq başda olmaqla su məhsulları ixracı hər keçən il artmaqda davam edir.

2016-cı ildə 744 milyon 561 min dollarlıq su məhsulları ixrac edilərkən, bu miqdar 2017-ci ildə 797 milyon 256 min dollara, 2018-ci ildə 879 milyon 590 min dollara və 2019-cu ildə 962 milyon 233 min dollara yüksəlib. Hesabatda dəniz məhsulları ixracının ilk dəfə 2020-ci ildə milyard dolları keçdiyinə diqqət çəkilib.

Türkiyədən dəniz məhsulları ixrac edilən ölkələrin başında Hollandiya iştirak edərkən, bu ölkəni sırası ilə Rusiya, İtaliya, Yunanıstan izləyir.



Әlaqәli Xәbәrlәr