Təzə meyvə və tərəvəz ixracında artım

Türkiyənin təzə meyvə və tərəvəz ixracı 22% artaraq 774,5 milyon dollara çatıb.

1620284
Təzə meyvə və tərəvəz ixracında artım

Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin Başçısı Nəjdat Sin sektorun yanvar-mart dövründə reallaşdırdığı ixrac ilə bağlı məlumat yayıb. Türkiyənin sözügedən dövrdə ixrac həcmində ötən ilin müvafiq dövrünə müqayisədə artım qeydə alındığını ifadə edən Sin, ilin ilk rübündə Türkiyədən 774,5 milyon dollarlıq təzə meyvə və tərəvəz ixrac edildiyini, belə bir artımın reallaşmasına məhsuldar, keyfiyyətli fəaliyyətlərin töhfə verdiyini qeyd edib.

Sinin sözlərinə görə bu dövrdə ən çox məhsul ixrac edilən ölkələr arasında ötən ilə müqayisədə 14% artımla Rusiya ilk sırada iştirak edib. (228,9 milyon dollar). Bu ölkəni 90% artımla İraq (76 milyon dollar), 17% artımla Rumıniya (69,2 milyon dollar) izləyib. Sin əlavə edib ki, Suriya, Liviya və Avstriya da eyni dövrdə ən çox məhsul ixrac etdiyimiz ölkələr arasında iştirak edib.



Әlaqәli Xәbәrlәr