Türkiyədən Çin Xalq Respublikasına bor ixracı davam edir

Çinə bor daşıyan  ikinci qatar mərasimlə yola salınıb.

1618053
Türkiyədən Çin Xalq Respublikasına bor ixracı davam edir

Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz bu  barədə  açıqlama  verib.

Yanvar ayında Çinə  hərəkət  edən  ilk  qatar  ilə  42 konteynerdən ibarət  boraks pentahidrat ixrac  edildiyini   xatırladan nazir  Dönməz, 23  Martda  Süveyş kanalında baş verən qəzadan sonra alternativ ticarət yollarının əhəmiyyətinin  daha bir  dəfə müşahidə   olduğuna  diqqət   çəkərək:  “ Bu qəza  nəticəsində dünya ticarətinin bir neçə gün  ərzində  milyon dollar  zərər  ilə  qarşılaşması tək bir marşrut və ya  tranzit yolu ilə reallaşdırılan  ticarətin risklərini  göz önünə  sərdi. Bu gün Eti Mədən, Türkiyə Dövlət Dəmir Yolları (TRDD) ilə Çinə qatar  ilə  ikinci ixracını  reallaşdırdı. Eskişehirdəki  bor müəssisələrində istehsal  edilən  bor məhsulları, təxminən 50 konteyner   ilə  Çinin Xi-an stansiyasına hərək  etdi”.  



Әlaqәli Xәbәrlәr