Çinə süd məhsulları ixracı artmaqda davam edir

Çinə süd məhsulları ixracı ilin ilk iki ayında 9,3 milyon dollara çatıb.

1604533
Çinə süd məhsulları ixracı artmaqda davam edir

Çinə süd məhsulları ixracı ilin ilk iki ayında 9,3 milyon dollara çatıb.

Ticarət Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində göstərilən fəaliyyətlər nəticəsində Çinə süd və süd məhsullarının ixracının qarşısındakı maneənin keçən ilin mayında aradan qaldırılmasından sonra Türkiyənin süd məhsulları ixracatçıları bazara sürətli olaraq daxil oldu.

2020-ci ildə təqribən 7 aylıq müddətdə Çinə süd və məhsulları ixracı 14,6 milyon dollara çatıb.

Bu ölkədə daimi olmaq istəyən ixracatçılar təbliğat fəaliyyətləri və qarşılıqlı əməkdaşlıq yolu ilə bazar paylarını artırıblar.

Yanvar-fevral dövründə Çinə ixrac isə 9,3 milyon dollar olaraq qeyd edilib.

Çinə ixracda zərdab 8,3 milyon dollarla ilk yeri tutub.



Әlaqәli Xәbәrlәr