“Türkiyə “Covid-19”dan sonra ən mühüm istehsal mərkəzi olacaq”, F.Oqtay

Türkiyənin vitse-prezidenti Fuad Oqtay sözügedən mövzu ilə bağlı deyib...

1603415
“Türkiyə “Covid-19”dan sonra ən mühüm istehsal mərkəzi olacaq”, F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkənin “Covid-19” epidemiyasından sonra ən mühüm istehsal mərkəzlərindən biri olacağını bildirdi.

  Martın 17-də Ümumdünya İqtisadi Forum (WEF) çərçivəsində onlayn təşkil edilən Ölkə Strategiya Dialoqu Türkiyə Yığıncağında xüsusi qonaq qismində açılış nitqini edən F.Oqtay deyib: “Türkiyə də bütün dünya ilə birlikdə epidemiyadan təsirləndi. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə sağlıq, ictimai təhlükəsizlik, rəqəmsallaşma və istehsal da daxil olmaqla hər sahədə iqtisadiyyatımızın rifahı və müqavimətinə töhfə verən bənzərsiz bir müvəffəqiyyət əhvalatı yazdı və pandemiya ilə mübarizədə dünyaya nümunə oldu.

  Türkiyə epidemiya müddətində bir çox sahədə müsbət görüntü sərgilədi.

  Çin və Türkiyə müsbət böyümə yaşarkən inkişaf etmiş iqtisadiyyatlar böyük ölçüdə kiçildi.

  “Covid-19” peyvəndinin vurulması ilə bağlı Türkiyə dünyada ilk beşlikdədir. Bununla yanaşı bu çətin dövrdə ehtiyacı olan ölkələrə də kömək əlimizi uzatdıq.

  Sərmayə mühitini inkişaf etdirmək üçün lazımi bütün addımları atdıq.

  Türkiyə geostrateji mövqeyi, inkişaf etmiş iş qüvvəsi, yüksək daxili bazar potensialı ilə dinamik və rəqabətçi xüsusi sektorunun da köməyi ilə epidemiyadan sonra ən mühüm alternativ istehsal mərkəzi olacaq."



Әlaqәli Xәbәrlәr