Türkiyədə sənaye istehsalı indeksi yanvar ayında artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı sənaye istehsal indeksi nəticələrini açıqlayıb.

1599959
Türkiyədə sənaye istehsalı indeksi yanvar ayında artıb

Türkiyədə sənaye istehsalı indeksi yanvar ayında 1 faiz, bir ilə isə 11,4  faiz artıb.

Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı sənaye istehsal indeksi nəticələrini açıqlayıb.

Buna görə, sənayenin sub-sektorları araşdırıldığında 2021-ci ilin yanvar ayında mədən sənayesi və daş ocağı sektoru indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4, emal sənayesi indeksi 12,1 faiz artıb.

Sənaye və texnologiya naziri Mustafa Varank sənaye istehsalındakı artımla əlaqədar açıqlamasında yanvar ayında sənaye istehsalının illik 11,4% artımla proqnozları ötdüyünü və beləcə Türkiyənin Sənaye istehsalını illik ən çox artıran G-20 üzvü ölkələrdən bir olduğunu bildirib.

Nazir qeyd edib ki, pandemiyaya baxmayaraq sənaye sektörü bir ildə 337 min əlavə məşğulluq yaradıb.



Әlaqәli Xәbәrlәr