Türkiyənin zərgərlik məhsulları ixracında artım qeydə alınıb

Fevral ayında Türkiyədən 305 milyon 402 min dollarlıq zərgərlik məhsulları ixrac edilib.

1598550
Türkiyənin zərgərlik məhsulları ixracında artım qeydə alınıb

Zərgərlik məhsulları İxracatçıları Birliyinin hesabatına görə fevral ayında 217,2 milyon dollarlıq zərgərlik məhsulu və 37,7 milyon dollarlıq işlənməmiş və ya yarım işlənmiş qızıl, 12.4 milyon dollarlıq almazdan hazırlanmış zərgərlik zinət əşyası ixrac edilib.

Fevralda zərgərlik məhsulu ixrac edilən ölkələrin başında 56 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri iştirak edərkən, bu ölkəni 49,9 milyon dollarla ABŞ, 30,6 milyon dollarla Honkonq, 19,3 milyon dollarla Qırğızıstan və 19,1 milyon dollarla Misir izləyib.



Әlaqәli Xәbәrlәr