Türkiyənin yanvar ayına olan sitrus ixracı

İlin ilk ayında sitrus məhsulları ixracından 128 milyon dollar gəlir əldə edilib.

1583240
Türkiyənin yanvar ayına olan sitrus ixracı

İlin ilk ayında sitrus məhsulları ixracından 128 milyon dollar gəlir əldə edilib.

Aralıq dənizi İxracatçılar Birliyinin məlumatına görə, yanvar ayında 245 min ton sitrus ixracından 128 milyon dollar gəlir əldə edilib.

Ölkə miqyasında 55 milyon 846 min dollarla ən çox ixracın reallaşdığı Rusiyanı İraq, Ukrayna, Rumıniya və Polşa izləyib.

Həmin ay ərzində 71 milyon 891 dollarlıq mandarin, 31 milyon 418 min dollar limon, 13 milyon 605 min dollarlıq portağal və 10 milyon 935 min dollarlıq qreypfrut ixracatı edildi.

Milli Sitrus Şurasının sədri Kamal Kaçmaz xüsusilə ənənəvi bazarlardan başqa Avropa ölkələrinə olan ixracda artımın keyfiyyətli istehsal, qablaşdırma və yaxşı bir logistika struktur ilə əlaqəli olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr