Oktyabrda Sənaye məhsulları istehsalı rekord qırıb

Sənaye və Texnologiya naziri Mustafa Varank sənaye məhsulları istehsalında oktyabr ayında  artım qeydə alındığını bildirib.

1545202
Oktyabrda Sənaye məhsulları istehsalı rekord qırıb

Nazir Varank Twitter hesabında Oktyabrda sənaye məhsulları istehsalına dair məlumat çatdırıb. Varank: “Sənayeməhsulları istehsalında oktyabr ayında bazar təxminlərindən yüksək reallaşaraq 10,2% artım qeydə alındı”.  Nazir qeyd edib ki, Qarşıdakı dövrdə kredit artım tempinin azalması və epidemiyanın ikinci dalğası (Kovid-19) səbəbindən sənaye istehsal həcmi bir qədər azalabilər.  Əsas hədəf  iqtisadi idarəetmədə güclü koordinasiya ilə proqnozlaşdırma qabiliyyətini daha da artıraraq maliyyə sabitliyini gücləndirməkdir. Türkiyə oktyabrda sənaye məhsulları istehsalında 10,2% artımla, Tayvan, Çin, Belçika və Hindistan başda olmaqla bir çox ölkəni geridə qoyaraq birinci sırada iştirak edərkən, Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiya  kimi inkişaf etmiş ölkələrin sənaye məhsulları istehsalı azalıb-deyə  nazir vurğulayıb. 



Әlaqәli Xәbәrlәr