Dünya İqtisadi Forumu Sinqapurda keçiriləcək
Hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu növbəti dəfə koronavirus pandemiyası səbəbi ilə 13-16 may 2021-ci il tarixində Sinqapurda keçiriləcək.
1541238
Hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu növbəti dəfə koronavirus pandemiyası səbəbi ilə 13-16 may 2021-ci il tarixində Sinqapurda keçiriləcək.
Bununla bağlı məlumat Dünya İqtisadi Forumunun açıqlamasında bildirilib.
Açıqlamada 2022-ci ilin illik yığıncağının isə təkrar İsveçrənin Davos şəhərində keçiriləcəyi, Sinqapurda keçiriləcək zirvə yığıncağının detallarının isə daha sonra elan ediləcəyi qeyd olunub.
Davos zirvəsinə hər il 120-yə yaxın ölkədən 3 min iş adamı, siyasətçi, akademik və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılır.
Әlaqәli Xәbәrlәr
“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”, M.Şimşək
Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib ...