Antalyaya 450 minə yaxın ukraynalı turist gəlib

Yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq Antalyaya 450 minə yaxın ukraynalı turist gəlib.

1525558
Antalyaya 450 minə yaxın ukraynalı turist gəlib
antalya havalimani turizm turist.jpg
Turkiye turizm tatil.jpg
turizm tatil
antalya-tatil-turizm.jpg

Yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq Antalyaya 450 minə yaxın ukraynalı turist gəlib.
Antalya valisi Ersin Yazıcı Ukraynanın Antalyadakı konsulu Emir Rustamovu ofisində qəbul edib.
Ukraynalı turistlərin Antalyaya olan maraqlarını dilə gətirən vali Yazıcı Türkiyə və Ukraynanın iki dost ölkən olduğunu söyləyib.
Antalyaya gələn ukraynalı turist sayının getdikcə artdığını ifadə edən Yazıcı deyib ki, pandemiya dövrünə baxmayaraq, təxminən 450 min ukraynalı turist Antalyanı ziyarət etdi. Pandemiya dövründən sonra qonaqlarımızın dünya şəhərimiz Antalyada qəbul etməyə davam edəcəyimizə ümid edirəm.
Ukraynalıların Türkiyəni sevdiyini söyləyən Rustamov "Türkiyə bizim həm bizim dostumuz, həm də strateji tərəfdaşımızdır. Antalya çox gözəl bir şəhərdir. Pandemiyadan sonra açılan ilk uçuşlarla ukraynalı turistlərin ilk seçimi Antalya oldu. Çünki vətəndaşlarımız burada gördükləri pandemiya üçün bütün tədbirlərin görüldüyünü maşahidə etdilər" deyib.



Әlaqәli Xәbәrlәr