Cari ilin ilk on ayında Antalyaya 3 milyon 276 min 627 turist gəlib

Dünyanın yeni növ koronavirus (Covid-19) ilə mübarizə apardığı bir dövrdə ilin 10 ayında 3 milyon 276 min 627 turisti qəbul edən Antalya ən çox seçilən turizm yerlərindən biri oldu.

1519682

Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə "Covid-19" müddətində başladılan "Etibarlı Turizm Sertifikatlaşdırma Proqramı" çərçivəsində turistlər müddəti uzadılan mövsüm sayəsində şəhərdə etibarlı tətil keçirirlər.
Dənizi, qumu, günəşi ilə yanaşı tarixi məkanları, təbii gözəlliyi və turistik bazarları ilə məşhur olan şəhərdə müxtəlif ölkələrdən gələn turistlər bu mövsümdə də dənizdən və günəşdən istifadə edirlər.
"Covid-19" infeksiyası müddətində də dünyada ən çox seçim edilən şəhərlər arasında yer alan və ev sahibliyi etdiyi turist sayı baxımından Türkiyədə "turizmin paytaxtı" olaraq qəbul edilən Antalya 1 yanvar-31 oktyabr dövrlərində 3 milyon 276 min 627 turisti qəbul etdi. 
Epidemiya dövründə görülən tədbirlər sayəsində sağlam və etibarlı bir tətilin ünvanına çevrilən şəhərə 1 milyon 402 min 578 nəfərlə Rusiya, 550 min 306 turistlə Ukrayna, 335 min 485 ilə Almaniya, 209 min 275 turist ilə İngiltərə, 83 min 996 turistlə Polşa olub.

Әlaqәli Xәbәrlәr