Berat Albayrak: ‘‘Türkiyә ‘‘Covid-19’’dan әn az tәsirlәnәcәk ölkәlәrdәn biridir’’
Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatının proqnozlarına әsasәn, yeni növ koronavirus epidemiyasından әn az tәsirlәnәcәk üçüncü ölkәnin Türkiyә olduğunu deyib.

Berat Albayrak rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda bildirib ki, İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatının proqnozlarına әsasәn, Türkiyә Çin vә Cәnubi Koreyadan sonra epidemiyadan әn az tәsirlәnәcәk üçüncü ölkәdir.
‘‘Güclü iqtisadiyyatımız sayәsindә bu proqnoz daha yaxşısı ilә dәyişәcәk. Bu mübarizәdә bütün sәhiyyә işçilәrimizә vә istehsala davam edәn işçilәrimizә tәşәkkür edirik’’,-deyә Berat Albayrak deyib.
Әlaqәli Xәbәrlәr
“Bu layihə Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacaq”, C.Yılmaz
“TRT Haber”ə açıqlamasında Türkiyənin vitse-prezidenti sözügedən mövzu ilə bağlı deyib ...