Türkiyә 103 ölkәyә çay ixrac edib

Türkiyә bu il 103 ölkәyә 10 milyon 772 min dollar mәblәğindә çay satıb.

1490259
Türkiyә 103 ölkәyә çay ixrac edib

Türkiyә bu il 103 ölkәyә 10 milyon 772 min dollar mәblәğindә çay satıb.

Şәrqi Qara dәniz İxracatçılar Birliyinin mәlumatına görә, yanvar-avqust aylarında 2 min 753 ton çay ixrac edilib. Bu dövr әrzindә ixrac edilәn çay miqdarı  keçәn ilin eyni dövrü ilә müqayisәdә 15 % artıb. Belәliklә ixracdan  10 milyon 772 min dollar gәlir әldә edilib.

Türkiyә bu dövr әrzindә 103 ölkәyә çay ixrac edib. Әn çox ixrac Belçika, Almaniya, Şimali Kıbrıs Türk Cümhuriyyәti, Amerika Birlәşmiş Ştatları vә Hollandiyaya hәyata keçirilib.



Әlaqәli Xәbәrlәr