Türkiyənin mebel, kağız və meşə məhsulu ixracı

Türkiyənin mebel, kağız və meşə məhsulu ixracı 2020-ci ilin ilk səkkiz ayında 3,5 milyard dollar olub.

1486953
Türkiyənin mebel, kağız və meşə məhsulu ixracı

Türkiyənin mebel, kağız və meşə məhsulu ixracı 2020-ci ilin ilk səkkiz ayında 3,5 milyard dollar olub.
İstanbul İxracatçılar Birliyi tərəfindən verilən məlumatda  düşüncələrinin yer aldığı İstanbul Mebel Kağız və Meşə Məhsulları İxracatçıları Birliyinin prezidenti Ahmet Güleç bu rəqəmin 2,1 milyard dollarnı mebellərin təşkil etdiyini bildirərək, "Türk mebel sənayesi 12 milyard dollarlıq istehsal gücü ilə dünyanın 13-cü ən böyük istehsalçısıdır. İyun və iyul aylarında qazandığımız güclü artımı avqust ayına da gətirdik. Mebel ixracımızda artım keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 5 faiz olub" deyib.
Mebel sektorunun ilin 8 ayında Almaniya, İngiltərə, Səudiyyə Ərəbistanı, İraq və Liviyaya ən çox məhsul ixrac etdiyini dilə gətirən Güleç ""Covid-19" pandemiyasına baxmayaraq Amerika bazarına ixracatımız ilk 8 ayda 6 faiz artdı. Yalnız Çinə ixracımızda iyun və iyul aylarında 150 faizartım qeydə alındı. İsrail və Fransa bazarlarındakı fəaliyyətimiz də artmaqdadır" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr