Türkiyənin ilk inteqrasiya edilmiş günəş paneli fabriki istismara verildi

Türkiyənin Avropa və Orta Şərqdəki yeganə inteqrasiya edilmiş günəş paneli istehsal fabriki 400 milyon dollarlıq investisiya ilə istismara verildi.

1475778
Türkiyənin ilk inteqrasiya edilmiş günəş paneli fabriki istismara verildi

Türkiyənin ilk, Avropa və Orta Şərqdəki yeganə inteqrasiya edilmiş günəş paneli istehsal fabriki 400 milyon dollarlıq investisiya ilə istismara verildi.
Paytaxt Ankarada qurulan Kalyon Günəş Texnologiyaları Fabriki Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi.
Türkiyənin ilk, Avropa və Orta Şərqdə yeganə inteqrasiya edilmiş günəş paneli xüsusiyyyətini daşıyan fabrik Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016-cı ildə tendirə çıxan Yenilənə bilən Enerji Qaynaq Sahələri (YEKA-1 GES) layihəsi çərçivəsində tikildi.
İnvestisiya həcmi 400 milyon dollar olan fabrik illik istehsal gücü 500 meqavat olan günəş panelləri istehsal edəcək və istehsalı ilə hər il təxminən 100 milyon dollarlıq panel idxalının qarşısını alacaq.
Fabrikdə istehsal olunan panellərin yerli istehsal nisbəti 70 faizdən çox olacaq.
Dünyadakı bu sahədəki 20 inteqrasiya edilmiş objekt sırasında olan fabrikdə günəş enerjisi texnologiyalarını inkişaf etdirmək üçün elmi-tədqiqat mərkəzi yaradılacaq və bu mərkəzdə 100 tədqiqatçı işləyəcək.



Әlaqәli Xәbәrlәr