Türkiyә iyul ayında әn çox Rusiya vә Almaniyaya meyvә vә tәrәvәz icrac edib

Türkiyәnin İxracatçılar Mәclisi vә Uludaq İxracatçılar Birliklәrinin mәlumatına әsasәn, iyul ayında meyvә vә tәrәvәz icracı keçәilin eyni ayı ilә müqayisәdә 41.36/ artaraq 186 milyon 169 min dollar tәşkil edib.

1474956
Türkiyә iyul ayında әn çox Rusiya vә Almaniyaya meyvә vә tәrәvәz icrac edib

 

Türkiyә keçәn ay әn çox Rusiya vә Almaniyaya meyvә vә tәrәvәz ixrac edib.

Türkiyәnin İxracatçılar Mәclisi vә Uludaq İxracatçılar Birliklәrinin mәlumatına әsasәn, iyul ayında  meyvә vә tәrәvәz ixracı keçәn  ilin eyni ayı ilә müqayisәdә 41.36% artaraq 186 milyon 169 min dollar tәşkil edib.

Yanvar-iyul aylarında meyvә vә tәrәvәz ixracı  koronavirusun mәnfi tәsirlәrinә baxmayaraq keçәn ilin eyni dövrü  ilә müqayisәdә 24.43% artaraq 1 milyon 364 milyon 609 min dollar tәşkil edib.

İyul ayında әn çox meyvә vә tәrәvәzin ixrac edildiyi ölkәlәrdәn biri olan Rusiyaya meyvә vә tәrәvәz ixracı keçәn ilin eyni dövrü ilә müqayisәdә 51.72 % artaraq 44 milyon 231 min dollardan 67 milyon 106 min dollara yüksәlib.

Almaniyaya isә 44 milyon 844 min dollar mәblәğindә meyvә vә tәrәvәz ixrac edilib.

Yanvar-iyul aylarında bu ölkәlәrә 163 milyon 443 min dollar mәblәğindә ixrac hәyata keçirilib.

Qeyd edәk ki, iyul ayında İraqa 14 milyon, Hollandiyaya 4 milyon 960 min, Ukraynaya 4 milyon 332 min,Rumıniyaya 3 milyon 940 min, Honkonqa 3 milyon 759 min vә İtaliyaya 3 milyon 134 min dollar mәblәğindә ixrac hәyata keçirilib.



Әlaqәli Xәbәrlәr