İran pulu tarixi rekordunu qırdı

İran Mərkəzi Bankından Əbdünnasır Himməti dollar kursundakı dalğalanmalarla bağlı ictimai media hesabından paylaşdığı mesajda yazıb

1439841
İran pulu tarixi rekordunu qırdı

 

  İranda son aylar artmağa davam edən dolların kursu 19 min tüməni keçərək tarixi rekordunu qırdı.

  İranda 1 ABŞ dolları 2020-ci ilin yanvar ayında təxminən 13 min 350 tümən idi.

  Ölkənin pul vahidi il başından bu yana dollar qarşısında dəyərini 42 faiz itirdi.

  Amerika Birləşmiş Ştatları nüvə müqaviləsindən çəkildikdən sonra 25 ay ərzində ilk dəfə dollara qarşı dəyər itkisi 190 faizi keçdi.

  İran Mərkəzi Bankından Əbdünnasır Himməti dollar kursundakı dalğalanmalarla bağlı ictimai media hesabından paylaşdığı mesajda yazıb: “Maliyyə Hərəkəti Xidmətinin (FATF) İranı qara siyahıya salması, yeni tip korona virusu (Covid-19) epidemiyası və neft qiymətlərindəki enişlər dolların tümən qarşılığında artımına səbəb olub”.



Әlaqәli Xәbәrlәr