Türkiyənin yeni növ koronavirusa qarşı gördüyü tədbirləri turizmdə etibarlılığını artırdı

Yeni növ koronavirus (Covid-19) tədbirlərinin Türkiyənin turizmdə etibarlılığını artırdığı bildirilib.

1434005
Türkiyənin yeni növ koronavirusa qarşı gördüyü tədbirləri turizmdə etibarlılığını artırdı
marmaris.jpg
Elandess yati marmaris.jpg
kuşadası'nda kruvaziyer turizmi.jpg
Didim'de 'Rus turist' sevinci.jpg

Mərkəzi qərargahı İsveçrədə yerləşən Qardaş Şəhərlər Turizm Birliyinin baş katibi Hüseyn Baran yeni növ koronavirus (Covid-19) tədbirlərinin Türkiyənin turizmdə etibarlılığını artırdığını bildirib.
Anadolu agentliyinə bəyanat verən Baraner dünyanın fərqli bir prosesdən keçdiyini və turizmin də bundan təsirləndiyini vurğulayaraq, normallaşma addımlarının atılması ilə fəallığın da yavaş-yavaş başlıdığını dilə gətirib.
Türkiyə turizminin əsas bazar mövqeyindəki Almaniya və  Rusiyadakı turizm agentlikləri ilə danışıqların davam etdiyini bildirən Baraner Türkiyənin həm sağlıq sahəsindəki fəaliyyətlərinin, həm də turizm sahəsində gördüyü tədbirlərin qərb ölkələrində etimad yaratdığını ifadə edib.
Yaxın gələcəkdə Alman və Rusiya bazarlarında fəallıq gözlədiklərinə diqqət çəkən Baraner  "Danışdığımız səyahət agentliyi nümayəndələrindən 'Türkiyə bütün standartları yerinə yetirdiyini bizə sübut etdi, inandırdı, ən qısa müddətdə fəallıq başlayacaqdır' deyə düşüncələrini bizə bildirdi" deyib. 
Baraner həm otellərdə, həm də turizm müəssisələrində pandemiyanın başladığı gündən bəridir tədbir görüldüyünə də diqqət çəkib. 



Әlaqәli Xәbәrlәr