Ukraynanıların seçimi yenə Türkiyədir

Ukraynanın Antaliyadakı konsulu Antalyanın gözəl təbiətinin, çimərliklərinin, tarixi və turizm məkanlarının tətil planları hazırlayan ukraynalıları gözlədiyini söyləyib.

1431700
Ukraynanıların seçimi yenə Türkiyədir

Ukraynanın Antaliyadakı konsulu Viaçeslav Komenko Antalyanın gözəl təbiətinin, çimərliklərinin, tarixi və turizm məkanlarının tətil planları hazırlayan ukraynalıları gözlədiyini söyləyib.
Türkiyədə yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində ciddi tədbirlər görüldüyünü bildirən Komenko bunun da müsbət nəticələrinin olacağını  dilə gətirib.
Türkiyə ilə Ukrayna arasında 1 iyuldan qarşılıqlı uçuşların başlayacağına toxunan Komenko ""Covid-19" ilə mübarizədə Türkiyənin gördüyü ciddi tədbirlərin müsbət nəticələri oldu. Bu səbəbdən Türkiyə tətil üçün ən yaxşı seçimlərdən biri. Keçən il Türkiyəyə 1,5 milyon Ukrayna vətəndaşı gəldi. Epidemiya səbəbiylə bu rəqəm azala bilər, ancaq turist sayında əhəmiyyətli eniş gözləmirik. Türkiyədə 10 min Ukrayna vətəndaşı yaşayır" deyib.
Türkiyənin həm böyüklər həm də gənclər üçün uyğun mühit təmin etdiyini vurğulayan Komenko "Epidemiya zamanı 3 minə yaxın vətəndaş Ukraynadakı ailələrinə təyyarə ilə göndərildi. Yardımlarına görə Türkiyə hökumətinə təşəkkür edirik" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr