ABŞ-da işsizlik müavinəti tələb edənlərin sayı

ABŞ-da ilk dəfə keçən həftə işsizlik müavinəti tələb edənlərin sayı 3 milyon 839 min oldu.

1408508
ABŞ-da işsizlik müavinəti tələb edənlərin sayı

ABŞ-da ilk dəfə keçən həftə işsizlik müavinəti tələb edənlərin sayı 3 milyon 839 min oldu.
ABŞ-ın Əmək  Nazirliyi həftəlik işsizlik müavinətləri barədə məlumat yayıb.
Buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti tələb edənlərin sayı, 25 aprellə bitən həftədə bir əvvəlki həftə ilə müqayisədə 603 min nəfər azalaraq 3 milyon 839 min olub.
Yeni növ koronavirus (Covid-19) pandemiyasının  davam etdiyinə dair məlumatla bağlı bazar proqnozu təxminən 3 milyon 500 min olacağı istiqamətində idi.
Keçən həftənin işsizlik müavinəti üçün müraciətlərin sayı isə  4 milyon 427 mindən 4 milyon 442 min olaraq dəyişib.
Beləliklə, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı "Covid-19" pandemiyasının əmək gücü bazarına təsirilə  son həftədə cəmi 30 milyon 307 minə çatıb.



Әlaqәli Xәbәrlәr