Türkiyə 2020-ci ilin üçüncü rübündən etibarən inkişafına davam edəcək

Beynəlxalq kredit dərəcələndirmə qurumu “Fitch Ratings" bildirib

1392530
Türkiyə 2020-ci ilin üçüncü rübündən etibarən inkişafına davam edəcək

 

  Beynəlxalq kredit dərəcələndirmə qurumu “Fitch Ratings”in direktoru Duqlaz Uinslov (Douglas Winslow) Türkiyədə bu ilin üçüncü rübündən etibarən inkişafın yenidən başlayacağının, 2021-ci ildə isə 4,5 faiz irəliləyiş əldə ediləcəyinin proqnozunu verib.

  Ötən həftə açıqlanan "Qlobal iqtisadi baxış" yeni hesabatında “Fitch Ratings” qlobal iqtisadiyyatın bu il 1,9 faiz büzüləcəyini bildirib. Türkiyədə isə 0,8 faiz böyümə gözlənilir. Bu proqnoz ilin əvvəlində ölkədə xüsusi bank kreditləri, inkişaf sürəti və aşağı faiz mühitinə görə müəyyən edilib.

  D.Uinslov bildirib: “Türkiyədə 2020-ci ildə inflyasiyanın 8,5 faiz səviyyədə reallaşacağı proqnozlaşdırılır. Türkiyə Mərkəzi Bankı faizləri endirməyə hazır olduğu siqnalını verir. Ölkədə ilin üçüncü rübündən etibarən inkişaf artacaq, 2021-ci ildə isə bu böyümə 4,5 faizə çatacaq”.



Әlaqәli Xәbәrlәr