Fevral ayında ixracatda artım qeydə alındı

Türkiyənin Fevral ayı ixracat həcmi keçən ilin müvafiq dövrünə müqayisədə 2,31% artdı.

1371089
Fevral ayında ixracatda artım qeydə alındı

Ticarət naziri Ruhsar Pekcan Fevral ayında Türkiyənin reallaşdırdığı ixracat və xarici ticarət həcminə dair məlumat yayıb. O: “2020-ci ilin Fevral ayında ixracat həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 2,31 faiz artaraq 14 milyard 655 milyon dollara, xarici ticarət həcmi isə 6,34% artım ilə 32 milyard 306 milyon dollara çatıb”. Nazir qeyd edib ki, ən çox ixrac reallaşdırılan ölkələr Almaniya, İraq və İngiltərə olub.

Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmayıl Güllə də mövzu ilə bağlı açıqlamasında: “"Bütün qlobal və regional proseslərə və qeyri-müəyyənliyə baxmayaraq, Cümhuriyyət tarixinin ixracat rekordunun qırıldığını bildirib.



Әlaqәli Xәbәrlәr