Sabiha Gökçen hava limanında yanvar ayında sərnişin sayı artıb

Yanvar ayında 2 milyon 935 min 618 sərnişinin daşındığı Sabiha Gökçen hava limanı keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin sayını 177 min 772 artırıb.

1363184

Dövlət Hava Meydanları İdarəsinin məlumatına görə, Sabiha Gökçen hava limanından reallaşan rəys və sərnişin sayı ilin ilk ayında artım qeyd edib.

Hava limanından yanvar ayında 1 milyon 721 min 93-ü daxili xətt, 1 milyon 214 min 579-u isə xarici xətt olmaqla cəmi 2 milyon 935 min 618 sərnişən səyahət edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin sayındakı artım 177 min 772 olaraq qeyd alınıb.

Sabiha Gökçen hava limanından cari ilin yanvar ayında həyata keçirilən səfər sayı isə 18 min 942 olub.

Reyslərin 11 min 335-i daxili, 7 min 607-i xarici xətt olaraq reallaşıb. Bu rəqəm keçən il 18 min 939 olub.

Әlaqәli Xәbәrlәr