Əncir ixracında rekord artım qeydə alınıb

Türkiyənin istehsalında dünya lideri olduğu quru əncir ixracında rekord artım qeydə alınıb

1353110
Əncir ixracında rekord artım qeydə alınıb

Egey İxracatçılar Birliyindən yayılan məlumata görə ixrac mövsümünün başladığı 26 sentyabr 2019-cu ildən 25 yanvar 2020-ci ilədək 37 min 458 ton quru əncir işxrac edilib. Bu məhsulun ixracından əldə edilən gəlir 137 milyon 537 min dollar olub. Bu rəqəm göstərir ki, Türkiyənin əncir ixracatı, əvvəlki mövsümün müvafiq dövrünə müqayisədə 18%, artıb.

Türkiyədən quru əncir ixrac edən ölkələrin başında 20 milyon 398 min dollarla Almaniya gedir. Bu ölkəni 17 milyon 994 min dollarla Fransa, 11 milyon 440 min dollarla İtaliya izləyir.

 



Әlaqәli Xәbәrlәr