Türkiyədən dəmiryolu nəqliyyat vasitəsi ixracatı nə qədər artıb?

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən verilən məlumata görə...

1347502
Türkiyədən dəmiryolu nəqliyyat vasitəsi ixracatı nə qədər artıb?

 

  Türkiyədən 2019-cu ildə edilən dəmiryolu nəqliyyat vasitəsi ixracatı əvvəlki illə müqayisədə 147 faiz artdı.

  Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən verilən məlumata görə, 2018-ci ildə 27 milyon 634 min dollar olan avtomobil sektorunun dəmiryolu nəqliyyat vasitəsi ixracatı 2019-cu ildə 68 milyon 457 min dollar olub. Keçən il 18 ölkə və bir sərbəst bölgəyə ixracat reallaşdıran sektor 2018-ci ildə heç məhsul göndərmədiyi 12 xarici ölkəyə satış gerçəkləşdirib.

  Türkiyənin dəmiryolu nəqliyyat vasitəsi sektoru Avstriya, İspaniya, Sinqapur, Rumıniya, Özbəkistan, Gürcüstan, Ukrayna, Kosova, Liviya, Yəmən, Azərbaycan və Qırğızıstana 2019-cu ildə 3,3 milyon dollarlıq ixracat reallaşdırıb.

  2018-ci ildə nümunə göndərilən Şimali Makedoniyaya isə 2019-cu ildə 1 milyon 147 min dollarlıq ixracat olub.

  Dəmiryolu nəqliyyat vasitəsi sektorunda ən çox ixracat edilən ölkələr sırasında ilk sırada Tayland yer alır. Bu ölkəyə ixracat 2018-ci ildə 110 faiz artaraq 15 milyon dollardan 31 milyon 695 min dollara yüksəlib. Almaniyaya edilən ixracatda isə təxminən 5 qat artım var. Bu ölkəyə ixracat 110 min dollardan 515 min dollara çatıb.



Әlaqәli Xәbәrlәr