Türkiyənin meyvə və tərəvəz ixracında artım qeydə  alındı

Türkiyənin meyvə və tərəvəz ixracatı 2 milyard 260 milyon dollara çatdı.

1335675
Türkiyənin meyvə və tərəvəz ixracında artım qeydə  alındı

Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Nejdat Sin açıqlamasında təzə meyvə və tərəvəz sektorunun reallaşdırdığı ixracat ilə milli iqtisadiyyatın güclənməsinə töhfə verildiyinə vurğulayıb. O, 2019-cu  ildə   Sitrus ixracından 755,7 milyon dollar, təzə meyvə ixracında 845.46  milyon, təzə tərəvəz ixracatında 644.16 milyon dollar, çay ixracatından isə təxminən 15 milyon dollar gəlir əldə edildiyini bildirib. Ən çox ixrac edilən məhsulun naringi olduğuna  diqqət çəkən Sin  bunun 2019-cu ildə 758 min 160 ton ixrac  edilərək 347.33 milyon dollar gəlir əldə edildiyini, naringi ixracını isə 304.5 milyon dollar ilə pomidor və 244.8 milyon dollar ilə də liman izlədiyini bildirib. Ən çox məhsulun Rusiyaya satıldığını, 2019-cu ildə bu ölkəyə ixrac həcminin 13% artaraq 746.3 milyon dollara çatdığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr