ABŞ EİA 2020-ci il üçün neftin təxmini qiymətini proqnozlaşdırdı

EİA-nın 2019-cu ilin dekabr ayında açıqladığı “Qısa dövr enerji görüntüşü hesabatı"na görə...

1321637
ABŞ EİA 2020-ci il üçün neftin təxmini qiymətini proqnozlaşdırdı

 

  Amerika Birləşmiş Ştatları Enerji İnformasiya İdarəsi (EİA) 2020-ci il üçün neftin təxmini qiymətini yuxarı olaraq proqnozlaşdırdı.

  EİA-nın 2019-cu ilin dekabr ayında açıqladığı “Qısa dövr enerji görüntüşü hesabatı"na görə, 2020-ci ildə brend növü xam neftin orta hesabla bir barelinin qiyməti 60,5, Qərbi Texas (WTİ) tipi xam neftin orta hesabla qiyməti isə 55 dollar olacağı düşünülür.

  ABŞ Enerji İnformasiya İdarəsinin bu hesabatında bildirilir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrinin xam neft istehsallarını 2020-ci ilin ilk dörddə birində gündəlik 500 min barel azaltma qərarı qiymətlərin yüksəlməsinə təsir edəcək.

  Amerika Birləşmiş Ştatları da gələn il üçün xam neft istehsal proqnozunu gündəlik orta hesabla 100 min barel azaldır. Buna görə ölkənin gündəlik orta xam neft istehsalı 2020-ci il üçün 13,2 milyon barel ətrafında olacaq.

 



Әlaqәli Xәbәrlәr