“Türk axını”nın inşasında heç bir problem yoxdur", A.Novak
Rusiyanın enerji naziri Aleksandr Novak “Türk axını” Təbii Qaz Boru Xətti Layihəsi çərçivəsində tikintinin cədvələ görə irəlilədiyini qeyd edib...
Rusiyanın enerji naziri Aleksandr Novak “Türk axını” Təbii Qaz Boru Xətti Layihəsi çərçivəsində tikintinin cədvələ görə irəlilədiyini qeyd edərək Bolqarıstandakı infrastrukturun da 2020-ci ilin birinci yarısında başa çatacağını bildirdi.
Soçidəki media nümayəndələrinin suallarını cavablandıran A.Novak deyib:
“Türk axını” Təbii Qaz Boru Kəməri Layihəsinin inşa prosesində heç bir problem yoxdur.
Türkiyədə dəniz və qurudakı tikintilər də təqvim əsasında irəliləyir. Bolqarıstanla bağlı kiçik dəyişikliklər ola bilər. Buradakı infrastrukturun 2020-ci ilin birinci yarısında başa çatmasını gözləyirik".
Qeyd edək ki, Rusiya qazını Türkiyə və Avropaya nəql edəcək “Türk axını” Təbii Qaz Boru Kəməri hər biri illik 15,75 milyard kubmetr həcmə malik iki xətdən ibarətdir. Bunun 3,5 milyard kubmetrlik hissəsi Bolqarıstanın üzərinə düşür.
Әlaqәli Xәbәrlәr
“Bu layihə Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacaq”, C.Yılmaz
“TRT Haber”ə açıqlamasında Türkiyənin vitse-prezidenti sözügedən mövzu ilə bağlı deyib ...