Türkiyənin ixrac həcmində artım qeydi alındı

Türkiyənin ixrac həcmi iyulda keçən ilin müvafiq dövrünə görə 7,9% artaraq 15 milyard 160 milyon dollara yüksəlib.

1260757
Türkiyənin ixrac həcmində artım qeydi alındı

Türkiyə Dövlət Statistika Komitəsi ilə Ticarət Nazirliyinin hazırladığı iyul və yanvar-iyul dövrünə məxsus müvəqqəti xarici ticarət hesabatına görə iyul ayında xarici ticarət kəsiri 46,9% azalaraq 3 milyard 192 milyon dollara enib.

Avropa İttifaqına iyul ayında reallaşdırılan ixracat isə keçən ilin müvafiq dövrünə müqayisədə 8,5 faiz artaraq 7 milyard 417 milyon 182 min dollara yüksəlib.

Hesabatda bildirilib ki ötən il ən çox ixrac reallaşdırılan ölkə almanıya olub. Bu ölkəyə 1 milyard 379 milyon dollarlıq məhsul ixrac edilib. Almaniyanı 1 milyard 91 milyon dollarla İngiltərə, 770 milyon dollarla İraq və 741 milyon dollar ilə Fransa izləyib.



Әlaqәli Xәbәrlәr