Türkiyənin balı dünyanın dörd bir yanında

Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə...

1259185
Türkiyənin balı dünyanın dörd bir yanında

  Türkiyənin balı yanvar-iyul ayları arası dünyanın dörd bir tərəfində ağızları dadlandırıb.

  Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, Türkiyədən ilin 7 aylıq dövründə 2945 ton bal ixrac edilməsi sayəsində ölkəyə 12 milyon 857 min 187 dollar gəlir gəlib.

  Türkiyənin bal ixracatında Almaniya ilk sıradadır. Bu dövrdə Almaniyaya 3 milyon 721 min 369 dollar qarşılığında 1038 ton bal satılıb. Bu siyahıda Amerika Birləşmiş Ştatları 2 milyon 459 min 724 dollarla ikinci, Səudiyyə Ərəbistanı 2 milyon 6 min 874 dollarla üçüncü, Küveyt 852 min 418 dollarla dördüncü, Avstriya isə 458 min 396 dollarla beşinci sırada yer alır.

  Keçən ilin eyni dövründə Türkiyədən bal ixracat edilməyən Çin, Bolqarıstan, Livan, İsveç, Birləşmiş Ərəb Əmrlikləri, Bosniya Herseqovina, Yunanıstan, Somali, Monqolustan, Əfqanıstan və Mərakeşə də bal ixrac edilib.



Әlaqәli Xәbәrlәr