MDB Vergi Orqanları Rəhbərləri Əlaqələndirmə Şurasının iclası

Düşənbədə MDB vergi orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib

1258057
MDB Vergi Orqanları Rəhbərləri Əlaqələndirmə Şurasının iclası

  Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Vergi (maliyyə) Orqanları Rəhbərləri Əlaqələndirmə Şurasının iclası keçirilib.

  İclasda Tacikistandan başqa, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Özbəkistan və Ermənistanın nümayəndələri iştirak edib.

  Tədbirdə MDB ölkələrində iqtisadi təhlükəsizliyin təmin olunması, gələcəkdə iqtisadi inteqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, maliyyə-kredit sahələrindəki cinayətkarlıqla mübarizə və digər məsələlər müzakirə olunub.

  Nümayəndələr MDB ölkələrində bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində də fikir mübadiləsi aparıblar.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr