Türkiyə, Azərbaycan və Gürcüstanın fındıq istehsalı sahəsində daha fəal əməkdaşlığı

Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlığa başlayır.

1250800
Türkiyə, Azərbaycan və Gürcüstanın fındıq istehsalı sahəsində daha fəal əməkdaşlığı
fındık.jpg
fındık.jpg
Türkiye'nin ilk fındık borsası.jpg

Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlığa başlayır.

Türkiyənin Qara dəniz sahilində yerləşən Ordu şəhərində üç ölkənin kənd təsərrüfatı nazirləri strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Sənədə əsasən, Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edəcək. 

Məlumatda vurğulanıb ki, fındıq hər üç ölkənin əsas ixrac kənd təsərrüfatı məhsuludur. Üçtərəfli əməkdaşlıq formatının məqsədi fındıq məhsulunun istehsalı və keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması üçün elmi potensialdan maksimum istifadə və texniki əməkdaşlığın təmin olunmasıdır.

Nazirlər bu istiqamətlər üzrə əməkdaşlığı razılaşdırıblar. Əməkdaşlıq fındıq istehsalı sahəsinin inkişafı və istehsalın artırılmasına yönəlib.



Әlaqәli Xәbәrlәr