"Bu iki ölkənin əlaqələrini "Qazan və qazan" siyasəti adlandırmaq olar", V.Zelenski

Türkiyə və Ukrayna sərmayəçiləri İstanbulda görüşdü.

1250213
"Bu iki ölkənin əlaqələrini "Qazan və qazan" siyasəti adlandırmaq olar", V.Zelenski
ruhsar pekcan.jpg
Vladimir Zelenskiy istanbul.jpg
Zelenskiy- Bartholomeos1.jpg
Zelenskiy- Bartholomeos.jpg

 

  Ukrayna prezidenti Vladimir Zelenski və ticarət naziri Ruhsar Pekcanın iştirakıyla İstanbulda Türkiyə-Ukrayna İş Forumu toplandı.

  Forumda etdiyi çıxışında Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə əlaqələrini "Qazan və qazan" siyasəti adlandırdı və Türkiyə firmalarına, xüsusilə, inşaat sektorunda qapılarının açıq olduğunu vurğuladı.

  Türkiyənin ticarət naziri R.Pekcan da öz növbəsində bunları söylədi: “Türkiyə inşaat firmaları bu günə qədər Ukraynada 5,9 milyard dollarlıq layihə həyata keçiriblər. Ukrayna yeni bir sərmayə mərhələsinə girir. Türkiyə firmaları Ukraynanın inkişafı və rifah səviyyəsinin yüksəlməsinə qatqı təmin etməkdən məmnuniyyət duyur."

  Qeyd edək ki, iki ölkə arasında ticarət hədəfi 20 milyard dollar olaraq nəzərdə tutulub.

  Türkiyə-Ukrayna İş Forumundan sonra V.Zelenski İstanbulda yerləşən Fənər Rum Patriarxiyasına yollandı. Patriarx Bartholomeos ilə təxminən 1,5 saat mətbuata qapalı görüşdən sonra Ukrayna prezidenti mətbuat nümayəndələrinə açıqlama verərək dedi:

  “Fənər Rum Patriarxiyasına ziyarətimin əsas məqsədləri insanların həyatlarını qorumaq, hökumətin dindən ayrı olması gərəkliyi və hər dövrdə kilsənin müstəqilliyini müdafiədir.”

  Patriarx Bartholomeos isə çıxışında Ukrayna xalqının həyatı, torpaq bütünlüyü və kilsənin müstəqilliyinə əhəmiyyət verdiklərini vurğuladı.



Әlaqәli Xәbәrlәr