İraq dəmir yollarını Türkiyə ilə birləşdirmək niyyətindədir

İraqla Türkiyə arasında dəmir yolunun tikintisi ilə İraq Milli Dəmiryol Şirkəti məşğul olacaq.

1244968
İraq dəmir yollarını Türkiyə ilə birləşdirmək niyyətindədir

İraq dəmir yollarını Türkiyə ilə birləşdirmək niyyətindədir.

Bu barədə İraq Nəqliyyat Nazirliyi bildirdi.

İraqla Türkiyə arasında dəmir yolunun tikintisi ilə İraq Milli Dəmiryol Şirkəti məşğul olacaq.

Ölkənin nəqliyyat naziri Abdulla Laibi mərkəzi İraqda olan özəl televiziya kanallarından birinə verdiyi açıqlamada "İraq Milli Dəmiryol Şirkəti"nin fəaliyyətinə dair məlumat verərək deyib ki, şirkət qarşı-qarşıya qaldığı problemlərini həll etdi. Bu çərçivədə Bəsra-Bağdad arası məsafə 10-dan 7 saata endi. Beyci neftayırma zavodu və Samarraya dəmiryolu xətti açıldı, yaxın zamanda da Mosul və Səlahaddin şəhərlərinə dəmir yolu xətti çəkməyi planlaşdırırıq.

Dəmir yolu xəttinin ölkə xaricinə uzadılması barədə də məlumat verən Laibi nazirlik olaraq Türkiyə ilə İraqın gələcək dövrdə dəmir yolu xəttilə birləşməsini planlaşdırdıqlarını bildirdi, ancaq mövzuya dair təfərrəatlı məlumat vermədi.


Etiketlәr: #İraq , #dəmir yolları

Әlaqәli Xәbәrlәr