Türkiyə ilə Rusiya şirkətləri arasında Akkuyu atom elektirik stansiyası ilə bağlı müqavilə imzalandı

Akkuyu atom elektirik stansiyasının (NGS) dizayn, tikinti və ekipaj tədarükü ilə əlaqədar Akkuyu Atom AŞ ilə Rusiya Konzern Titan-2 AŞ və İC İçtaş Tikinti Sənaye və Ticarət AŞ tərəfdaşlığı ilə qurulan təşəbbüs arasında “EPC” müqaviləsi imzalandı.

1240923
Türkiyə ilə Rusiya şirkətləri arasında Akkuyu atom elektirik stansiyası ilə bağlı müqavilə imzalandı

Türkiyənin Mersin vilayətində tikinti işləri davam edən Akkuyu atom elektirik stansiyasının (NGS) dizayn, tikinti və ekipaj tədarükü ilə əlaqədar Akkuyu Atom AŞ ilə Rusiya Konzern Titan-2 AŞ və İC İçtaş Tikinti Sənaye və Ticarət AŞ tərəfdaşlığı ilə qurulan təşəbbüs arasında “EPC” müqaviləsi imzalandı.

Enerji və təbii sərvətlər naziri Fateh Dönməz və Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksy Lihaçevin də iştirak etdiyi imza mərasimi Akkuyu NGS sahəsində təşkil edildi.  

Müqavilə Akkuyu Atom AŞ-nin baş direktoru Anastasia Zoteeva ilə “Titan-2 İC İçtaş” adlanan şərik firma adından Griqori Naginskiy və Fırat Çeçen tərəfindən imzalandı.

Müqavilə Akkuyu Atom AŞ ilə ortaq şirkət tərəfindən stansiyanın planlaşdırılması, ekipaj tədarükü və atom stansiya obyektinin ana hissəsinin tikintisini ehtiva edir.

Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksy Lihaçev müqavilənin şirkətlərin birgə təcrübələrinin, işləmə müddətinin minimum səviyyədə nizamlanması və həyata keçirilməsini təmin edəcəyini düşündüklərini söylədi.

Lihaçev məqsədlərinin Rusiyadakı atom stansiyalarının inşaasında təcrübəyə sahib olan bir təcrübə ilə Türkiyədə tikinti sahəsində böyük təcrübəyə malik olan bir quruluşun bir araya gəlməsi olduğunu  bildirərək “Böyük Türk tikinti holdinginin iştirakı, həmin zamanda layihə çərçivəsindəki fəaliyyətlərin yərliləşməsinə də istiqamət qazandıracaqdır” dedi.

“EPC” müqaviləsi Akkuyu NGS-nin inşasına dair dizayn, mühəndislik, ekipaj tədarükü, keyfiyyətə nəzarət, iş təhlükəsizliyinin təmin olunması və tikinti işlərinin müəyyənləşdirilən müddətdə tamamlanmasını ehtiva edir.



Әlaqәli Xәbәrlәr