Türkiyə nazirləri Yaponiyaya gedir

Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə Sənaye və Texnologiya naziri Mustafa Varank 8-9 iyun tarixlərində Yaponiyada keçiriləcək G-20 Ticarət və Rəqəmsal İqtisadiyyat Nazirləri Yığıncağında iştirak edəcəklər.

1214255
Türkiyə nazirləri Yaponiyaya gedir

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə Sənaye və Texnologiya naziri Mustafa Varank 8-9 iyun tarixlərində Yaponiyada keçiriləcək G-20 Ticarət və Rəqəmsal İqtisadiyyat Nazirləri Yığıncağında iştirak edəcəklər.

  Toplantıda B-20-nin G-20 ölkələri hökumətlərinə siyasət tövsiyələri təqdim olunacaq və "Ticarət və rəqəmsal iqtisadiyyat arasında əlaqə" başlıqlı söhbətlər aparılacaq.

  G-20 Ticarət Nazirləri Yığıncağı panellərində "Beynəlxalq ticarətdə aktual proseslərlə bağlı G-20 dialoqu", "Davam etdirilə bilən və əhatəedici inkişafa qatqı təmin edəcək ticarət və sərmayənin dəstəklənməsi", "Bazar əsaslı sərmayə qərarlarını dəstəkləyici güclü iş mühitinin yaradılması" və "Dünya Ticarət Təşkilatı islahatı: ikili və regional ticarət müqavilələrindəki son proseslər" mövzuları müzakirə edilıəcək.

  Tədbirdə panellərlə yanaşı ikili görüşlər də olacaq. Bu çərçivədə Türkiyənin ticarət naziri Ruhsar Pekcanın Kanada beynəlxalq ticarət naziri Cim Karr (Jim Carr) ilə ikili görüşü və "Ticarət və iqtisadi əməkdaşlıq ortaq komitəsi" üçün qurucu razılaşmanın imzalanması gözlənilir.

  Pekcan və Türkiyənin Texnologiya naziri Mustafa Varank birlikdə Kanada ticarət və sənaye naziri Hiroşiq Seko (Hiroshige Seko) ilə də görüşəcək. Varankın ayrıca Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmaierlə də görüşü planlaşdırılır.

  Toplantının sonunda qəbul ediləcək bəyannamə ilə G-20 nazirləri üzv ölkələrə siyasət tövsiyələri və fikirlərini təqdim edəcəklər.

  Qeyd edək ki, dünyanın 20 böyük iqtisadiyyatının rəhbər və nazirləri 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində toplanacaq. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr