Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır
“Manpower Group” beynəlxalq təşkilatı dünya ölkələrində əmək bazarının vəziyyəti ilə bağlı reytinq siyahısını açıqlayıb.
1214025
“Manpower Group” beynəlxalq təşkilatı dünya ölkələrində əmək bazarının vəziyyəti ilə bağlı reytinq siyahısını açıqlayıb.
Açıqlanan reytinq siyahısında 75 ölkənin göstəriciləri əks olunub. Estoniya siyahıda səkkizinci pillədə yer alıb.
Avropa ölkələri arasında yalnız Böyük Britaniya və İrlandiyadan geri qalan Estoniya əmək bazarının keyfiyyət göstəricilərinə görə qonşularından əhəmiyyətli dərəcədə irəlidədir. Belə ki, reytinqdə Litva 47-ci, Finlandiya 41-ci, Latviya isə 14-cü pillədədirlər.
Reytinq siyahısının ilk üçlüyündə Honkonq, Yeni Zelandiya və Sinqapur qərarlaşıb.
Әlaqәli Xәbәrlәr
Nigeriya ABŞ-dan pullarını qaytarmasını tələb edir
Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqqar sözügedən mövzu ilə bağlı deyib ...