Ölkə xaricində pul saxlayan iş adamları məhkəməyə veriləcək

İranın İqtisadiyyat və Maliyyə naziri Fərhad Dejpəsənd İran Məclisi Xəbər Agentliyinə (İCANA) verdiyi məlumatda bildirib...

1203981
Ölkə xaricində pul saxlayan iş adamları məhkəməyə veriləcək

  İran hökuməti ixracatdan əldə edilən 30 milyard dolları ölkə xaricində saxlayan iş adamlarını məhkəməyə verəcəyini açıqladı.

  İranın İqtisadiyyat və Maliyyə naziri Fərhad Dejpəsənd İran Məclisi Xəbər Agentliyinə (İCANA) verdiyi məlumatda ixracatdan qazanılan 30 milyard dolların hələ geri gəlmədiyini söyləyərək bildirib:

  “Bu pulun ölkəyə gətirilməsilə bağlı İranın iş adamları ilə toplantı etdik və ixracatçılardan ölkənin iqtisadiyyatına xarici valyuta qazandırmalarını istədik.

  Əvvəlki sanksiyalarda olduğu kimi, bilirik ki, ölkəyə valyuta gətirmək asan deyil, qarşıya maneələr çıxarılır. Bununla belə ixrac gəlirlərini ölkəyə gətirməməkdə israr edən iş adamları var və adları əlimizdədir. Onlar İran Mərkəz Bankı tərəfindən məhkəməyə veriləcək və haqqlarında iş başlayacaq.”   

  Xatırladaq ki, İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini Hüseyn Mir Şucaiyan ötən həftə qeyri-neft ixracatının 40 milyard dollar olduğunu, ancaq bunun 30 milyardının hələ ölkəyə gəlmədiyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr