Malatya qaysısı ixracatda 3-cü yerə gəldi

Malatya Ticarət Birjasından verilən məlumata görə...

1195282
Malatya qaysısı ixracatda 3-cü yerə gəldi

  Türkiyənin Malatya rayonu ilin ilk 4 ayında 33 min 910 ton qaysı (quru ərik) ixracı sayəsində 84 milyon 710 min 900 dollar əldə edib. 

  Malatya Ticarət Birjasından verilən məlumata görə, dünya qaysı istehsalının 85 faizinin yetişdirildiyi rayonda ixrac prosesi sürətlənib.  

  Türkiyənin "Antep paxlavası" və "Aydın inciri”ndən sonra Avropa İttifaqına ixracatda üçüncü məhsul olan Malatya qaysısının hesabına təkcə aprel ayında 8310 tonluq satışdan 20 milyon 710 min 900 dollar qazanılıb.

  2018-ci ilin ilk 4 ayında 29 min 868 ton qaysı ixrac edilərək 85 milyon 933 min 507, 2019-cu ilin eyni dövründə isə 33 min 910 ton qaysıdan 84 milyon 710 min 900 dollar əldə edilib.

  Beləliklə, ixracat miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 4042 ton artmış sayılır.



Әlaqәli Xәbәrlәr