Bal ixracında rekord artım qeydə alındı
Türk balı başda Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Belçika və Avstriya olmaqla 30 ölkəyə ixrac edilir.
Şərqi Qaradəniz İxracatçılar Birliyinin məlumatına görə ilin ilk dörddəbirində 30 ölkəyə 544 ton bal ixarcı reallaşdırılıb. Bildirilir ki edilən ixracdan 6 milyon 321 min 690 dollar gəlir əldə edilib. İxracın reallaşdırıldığı ölkələrin başında 1 milyon 707 min 994 dollar ilə Almaniya gedir. Bu ölkəyə satılan bal miqdarı 459 ton olub. Almaniyanı isə 1 milyon 212 min 437 dollarla ABŞ və 996 min 27 dollar ilə də Səudiyyə Ərəbistanı izləyib. Belçika 453 min 481 dollarlıq bal satın alaraq 4-cü, Avstriya isə 320 min 414 dollar ilə beşinci sırada qərarlaşıb.
Cari ilin Yarvar-Mart aylarında, ötən il ölkəmizdən bal satın almayan İsveç, Çin, Bosniya və Herseqovina, Bolqarıstan, Liviya, Malayziya, Monqolustan, Somaliya və Morokkoya da ixrac reallaşdırılıb.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.