Danske Bankdan Səudiyyə Ərəbistanına sanksiya

Danske Bankın sahibi olan Danica Pension şirkəti  Səudiyyə Ərəbistanına silah və hərbi  sursat  satan şirkətlərin səhmlərini geri  qaytaracaq.

1176774
Danske Bankdan Səudiyyə Ərəbistanına sanksiya

Danimarka İnformasiya qəzetinin xəbərinə görə, Danimarkanın ən böyük bankı Danske Bankın sahibi Danica Pension şirkəti , Səudiyyə Ərəbistana silah və hərbi sursat satan şirkətlərdəki  səhmlərini satacağı qərarına  gəlib.

Danske Bank Asset Management və Danica Pensiya şirkətinin   İnvestisiya  üzrə    Direktoru Anders Svennesen    mövzu  ilə  əlaqəyi   bəyanat  yayıb.  Onun  sözlərinə  görə   Bank  atdığı  addımla,  hökumətin qadağa  qərarına  dəstək  vermək  istəyir. 

Danimarka hökuməti, 22 Noyabr 2018 tarixində bir  qərar  qəbul  edərək  jurnalist Camal Qaşıqçının qətli və  Yəməndə yaşanan  humanitar böhran  ilə  əlaqəli   izlədiyi  siyasəti  səbəbiylə   Səudiyyə Ərəbistanına   silah satışını  dayandırmışdı.



Әlaqәli Xәbәrlәr