Türkiyənin Avropa İttifaqına ixracında artım

Türkiyənin yanvar ayında Avropa İttifaqına (Aİ) ixracı idxalını 1 milyard 797 milyon avro keçdi.

1165824
Türkiyənin Avropa İttifaqına ixracında artım

Türkiyənin yanvar ayında Avropa İttifaqına (Aİ) ixracı idxalını 1 milyard 797 milyon avro keçdi.

Avropa Statistika Ofisi (Eurostat) Aİ və avro bölgəsinin yanvar ayına olan beynəlxalq ticarətinə dair məlumat yayımladı.

Buna görə, keçən ilin yanvar ayında 7,7 milyard avro olan Türkiyənin Aİ-dən idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard avro azalıb.

2018-ci ilin ilk ayında 6,5 milyard avro səviyyəsində olan Türkiyənin Aİ-yə ixracı isə bu ilin yanvar dövründə 6,8 milyard avroya çıxıb.

Beləliklə 2018-ci ilin yanvar ayında 1,2 milyard avro ticarət kəsiri olan Türkiyənin bu ilin yanvar ayında ticarətdə ixracı 1 milyard 797 milyon avro artıq oldu.

Türkiyənin Aİ üzvü ölkələrlə ticarətində avqust 2018-ci ildən etibarən artıq ixracı oldu. Türkiyənin ticarətdəki ixrac artığı avqustda 740,7 milyon avro, sentyabrda 462,9 milyon avro, oktyabrda 1 milyard 749,5 milyon avro, noybrda 1 milyard 499 milyon avro və dekabrda 794,2 milyon avro oldu.



Әlaqәli Xәbәrlәr