Nikolas Maduro: "Türkiyədə bank hesabı açın"

Venesuelada Nikolas Maduro rəhbərliyi 50-dən artıq şirkətə Türkiyə, Rusiya, Çin və Hindistanda bank hesabı açmağa çağırıb.

1149901
Nikolas Maduro: "Türkiyədə bank hesabı açın"

Venesuelada Nikolas Maduro rəhbərliyi 50-dən artıq şirkətə Türkiyə, Rusiya, Çin və Hindistanda bank hesabı açmağa çağırıb.

“BBC Türkcə”nin “Blommberg” xəbər agentiliyinə əsaslandırdığı xəbərində Madoru rəhbərliyindən səlahiyyətlilər ilə şirkət nümayəndələri arasında keçirilən yığıncaqda mövzusunun gündəmə salındığı bildirilib.

Xəbərdə qeyd olunub ki, Maliyyə Nazirliyi adı çəkilən ölkələrdə necə bank həsabı açıla biləcəyini öyrətmək üçün məlumatlandırma yığıncaqları təşkil etməyi planlaşdırır.

Şirkətlərin beynəlxalq ödəmələrini bu ölkələrdə açacaqları bank hesabları vasitəsilə reallaşdırmaları tövsiyə edilir.

Venesuela iqtisadiyyatı ABŞ-ın sərt sanksiyalarının da təsirilə dərin böhranla qarşı-qarşıyadır. Ölkədə ən təməl qida və təmizlik materiallarına belə çatmaq inflyasiya nisbətinin 360 faizə çıxması ilə bir çox venesuallalı üçün qeyri-mümkün hala gəlib.

Mövzuya yaxın iki səlahiyyətliyə əsaslandırılan “Bloomberg” xəbərində şirkətlərin iqtidarı çətin vəziyyətə düşürmək məqsədilə istehsalı yavaşladacağı təqdirdə cərimələndiriləcəklərinə dair xəbərdarlıq da aldıqları bildirilib.



Әlaqәli Xәbәrlәr