Türkiyə 279 min 250 ton fındıq ixrac etdi

Dünya fındıq istehsal və ticarətinin böyük hissəsinə sahib olan Türkiyə, 2018-ci ildə 279 min 250 ton fındıq ixrac edib.

1133210
Türkiyə 279 min 250 ton fındıq ixrac etdi

Qara dəniz Fındıq və məmulatları İxracatçılar Birliyinin məlumatına görə Türkiyədən keçən il 115 ölkəyə 1 milyard 635 milyon dollarlıq fındıq ixrac edilib.

Ötən il ən çox fındıq ixrac edilən ölkələr  Almaniya, İtaliya və Fransa olub.

Almaniyanın Türkiyədən satın aldığı fındıq miqdarı 397 milyon 151 min 279 dollarlıq olarkən, İtaliya 303 milyon 336 min 205 dollarlıq və Fransa 107 milyon 783 min 677 dollarlıq məhsul satın alıb.



Әlaqәli Xәbәrlәr