Türkiyə  Filippinə ATAK helikopterləri ixrac edəcək

Türkiyə ilə Filippin arasında Müdafiə Sənayesi Əməkdaşlığına dair memorandum sənədi imzalandı.

1109297
Türkiyə  Filippinə ATAK helikopterləri ixrac edəcək

Türkiyənin yerli imkanlarla istehsal etdiyi ATAK helikopterləri Filippinə  ixrac ediləcək.

Türkiyə ilə Filippin arasında Müdafiə Sənayesi Əməkdaşlığına dair memorandum sənədi imzalandı.

Villamore hava bazasında keçirilən mərasimdə sənədi bu ölkənin Müdafiə Nazirliyinin baş katibi Delfin Lorenzana ilə Müdafiə Sənayesi sədri İsmayıl Dəmir imzalayıb.

Sənədin imzalanması ilə iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığa və müxtəlif məhsullar satılmasına imkan yarandı.

Filippin hava donanmasını ATAK helikopterlərilə gücləndirmək istədikdə, imzalanan sənədlə iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq və məhsul satışı, bu çərçivədə ATAK helikopteri ixracı mümkün oldu.

Filippinin ilk mərhələdə 10 ədəd ATAK helikopteri alacağı, daha sonra bunun artacağı nəzərdə tutulur.  

 



Әlaqәli Xәbәrlәr