Türkiyənin çay ixracı

İlin yanvar-noyabr ayları arasında edilən çay ixracından 6 milyon 271 min dollar əldə edildi.

1105625
Türkiyənin çay ixracı
çay.jpg
çay.jpg
rize çay (18).jpg
rize çay (10).jpg

İlin yanvar-noyabr ayları arasında reallaşan çay ixracından 6 milyon 271 min dollar əldə edildi.

Şərqi Qaradəniz İxracatçılar Birliyi icra heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan Türkiyənin çayı ixracında artımın davam etdiyini bildirdi.

Türkiyədən ilin ilk 11 ayında 103 ölkəyə 3 min 364 tonluq çax ixrac edildiyinə diqqət çəkən Gürdoğan yeni çay növlərinin inkişafı üçün fəaliyyətlərə də üstünlük verəcəklərini söylədi. 

"Hər ölkənin istehlakçı kütləsinin seçimləri istiqamətində çay növləri inkişaf etdirilməlidir. Ayrıca səhiyyə sahəsindəki trendlər də nəzərdə tutularaq məhsul əldə olunması ilə əhəmiyyətli tələb ortaya çıxacaqdır. Bu sahədəki səylərə üstünlük veririk və inanırıq ki, çay ixracı daha yaxşı səviyyələrə çıxacaqdır"-deyə Gürdoğan vurğuladı. 



Әlaqәli Xәbәrlәr