Mərkəzi Bankın ümumi ehtiyatı yüksəldi

TCMB Həftəlik Pul və Bank Statistikasına görə...

1097497
Mərkəzi Bankın ümumi ehtiyatı yüksəldi

  Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ümumi ehtiyatı ötən həftə 432 milyon dollar artaraq 90 milyard 178 milyon dollara yüksəlib.

  TCMB Həftəlik Pul və Bank Statistikasına görə, 23 noyabrda Mərkəzi Bankı brüt valyuta ehtiyatları 150 milyon dollar artımla 71 milyard 158 milyon dollar olub. Brüt valyuta ehtiyatları 16 noyabrla bitən həftədə 71 milyard 8 milyon dollara qalxıb.  

  Həmin dövrdə qızıl ehtiyatları 282 milyon dollar artaraq 18 milyard 738 milyon dollardan 19 milyard 20 milyon dollara yüksəlib.

  Beləliklə, Mərkəzi Bankın ümumi ehtiyatları ötən həftə əvvəlki həftəyə nisbətən 432 milyon dollar artımla 89 milyard 746 milyon dollardan 90 milyard 178 milyon dollara çıxıb.



Әlaqәli Xәbәrlәr