16 beynəlxalq bank məhkəməyə verildi

Qlobal fond idarəçiləri 16 beynəlxalq bankdan valyuta əməliyyatlarında manipulyasiya edildiyi üçün milyard dollarlıq təzminat istəyib.

1096526
16 beynəlxalq bank məhkəməyə verildi

  Almaniyanın “Handelsblatt” iqtisadiyyat qəzetində yer alan xəbərə görə, Nyu York şəhərindəki Manhattan Bölgə Məhkəməsində 16 beynəlxalq banka 7 noyabrda açılan məhkəmə işində tələb olunan təzminat milyard dolları keçib.

  “Blackrock” və “Allianz” fond idarəçilərinin şikayət etdiyi banlar bunlardır: “Bank of America”, “Barclays”, “BNP Paribas”, “Citigroup”, “Credit Suisse”, “Deutsche Bank”, “Goldman Sachs”, “HSBC”, “Jpmorgan Chase”, “Morgan Stanley”, “Japans MUFG Bank”, “Royal Bank of Canada”, “Royal Bank of Scotland”, “Societe General”, “Standard Chartered” və “UBS”.

  İddiaçı investorlar adı keçən bankları 2003 – 2013-cü illər arasında valyuta alqı-satqı əməliyyatlarını gizlicə bölüşərək məzənnələri manipulyasiya etməkdə və Amerika Birləşmiş Ştatlarının “Antimonopoliya qanunları”nı pozmaqda təqsirləndirir.

  Qeyd edək ki, sözügedən banklar eyni səbəbdən ötən illər açılan istintaq və məhkəmələrdə milyardlarla dollar cəza və “razılaşma bədəli” ödəmək məcburiyyətində qalıb. Bundan başqa, bankların valyuta alqı-satqı əməliyyatlarını aparan bir neçə nəfər həbs cəzasına məhkum edilib, bəziləri isə işdən uzaqlaşdırılıb.



Әlaqәli Xәbәrlәr