Hindistan İrandan xam neft idxalını artırdı

ABŞ-ın İrana qarşı sanksiyalarından kənarda qalan ölkələr siyahısında olan Hindistanın oktyabr ayında Tehrandan  xam neft idxalı əvvəlki aya görə 36% artıb, lakin Səudiyyə Ərəbistanından aldığı neftin nisbətində 13 % azalma müşahidə olunub.

1095855
Hindistan İrandan xam neft idxalını artırdı

Hndistan Ticarət İnformasiya və Statistika Qurumu tərəfindən yayımlanan hesabata görə, sentyabrda İrandan 1,89 milyon ton xam neft idxal edən Hindistan oktyabrda  göstəricini 2,57 milyon tona çıxararaq, bu ölkədən 1,42 milyard dollar dəyərində xam neft idxal edib.
 
 Hindistanın ən çox neft idxal etdiyi ölkə isə İraqdır.
 
 Yeni Dehli oktyabrda İraqdan 4,39 milyon ton xam neft idxal edib.
 
 Səudiyyə Ərəbistandan isə oktyabr ayında 3,05 milyon ton xam neft idxal edən Hindistan bu ölkədən neft idxalını əvvəlki aya nisbətən 13% azaldıb.
 
 Hindistan Çindən sonra Tehranın ikinci böyük neft müştərisi olaraq İrandan aprel ayından oktyabradək ümumilkdə 17,62 milyon ton xam neft idxal edib.
 
 Xatırladaq ki, ABŞ rəhbərliyi İrana qarşı sanksiyalarda Türkiyə, Cənubi Koreya, İtaliya, Yunanıstan, Çin, Tayvan, Hindistan və Yaponiyaya Tehranla neft ticarəti məsələsində müvəqqəti sərbəstlik verdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr